Özbekistanda zelzele oldu
26 May 2013 Bazar 12:48
Təkanların maqnitudası 6,5 təşkil edib.
Özbəkistanda zəlzələ baş verib. ANS PRESS-in ABŞ-ın Geoloji Xidmətinin saytına istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Daşkənddən 185 km cənubi-qərbdə və Cizak şəhərindən 48 km şimali-qərbdə olub. Məlumata görə, təkanların maqnitudası 6,5 təşkil edib. Xəsarət alanlə rvə dağıntılar haqda məlumat verilmir.
Qeyd edək ki, mayın 25-də gecə Özbəkistanda zəlzələ baş vermişdi. Zəlzələnin episentri Daşkənd vilayətində, Daşkənd şəhərindən təqribən 30-40 km cənubi-qərbdə olub. Episentrdə yeraltı təkanların gücü 5,5-6 bal, Daşkənddə isə 4-5 bal təşkil edib.
DOSTLARINLA PAYLAŞ: