Özbəkistanda “Mercedes” markalı avtobus yolun kənarında saxlanılmış ekskavatorla toqquşub, nəticədə ən azı 26 nəfər həlak olub. Bu barədə “RİA Novosti”nin məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Avtobusda 50 sərnişin olub. “Ən azı 26 nəfər ölüb, 20–dən çox adam yaralanıb”, deyə nümayəndə bildirib.
Daha əvvəl verilən məlumata görə, yol qəzası Quzor-Çim- Kukdala avtomagistralından 42 -ci kilometrliyində baş verib. /ANSPRESS/