Özbəkistanda 6.2 bal gücündə zəlzələ baş verib
20 İyul 2011 Çərşənbə 05:00
Yerin 10 km dərinliyində baş vermiş yeraltı təkanlar 20 saniyə davam edib.
Ötən gecə Özbəkistanda zəlzələ meydana gəlib. Məlumata görə, yerli vaxtla saat 00.36-da (Bakı vaxtıyla 00.36) meydana gələn zəlzələnin episentri Özbəkistanın Fərqanə şəhərinin 42 kilometrliyində qeydə alınıb. Yerin 10 km dərinliyində baş vermiş yeraltı təkanlar 20 saniyə davam edib.

Qeyd edək ki, zəlzələ Özbəkistanla yanaşı Qırğızıstan və Tacikistanda da hiss edilib. Xüsusilə Fərqanə və Oş şəhgərələrinin sakinləri arasında təşviş yaradan zəlzələ səbəbilə hər iki şəhərin sakinləri gecəni küçələrdə keçirib.

ABŞ geolojik araşdırmalar mərkəzi zəlzələnin 6.2 bal gücündə qeydə alındığını bildirib. yeraltı təkanlar isə yer səthinə yaxın olduğu üçün zəlzələ daha çox hiss edilib. İnsan tələfatı və dağıntılar barədə isə hələlik məlumat yoxdur.

Xatırladaq ki, 1966-cı il aprelin 26-da Özbəkistanın paytaxtı Daşkənddə baş vermiş 8-9 bal gücündə olan zəlzələdə 300 000 nəfər evsiz almışdı. İnsan tələfatı barədə olan rəqəmlər isə sovet rejimi tərəfindən gizlədilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar