Özbekistan MDB Azad Ticaret zonasına daxil olub
28 Dekabr 2013 Şənbə 12:22
Özbekistan artıq MDB Azad Ticaret zonasına daxil olan 7-ci ölke olub.
Özbekistan Müsteqil Dövletler Birliyinin Azad Ticaret zonasına daxil olub.
ANS PRESS-in özbek metbuatına istinaden verdiyi xebere göre, Özbekistan prezidenti İslam Kerimov “Özbekistanın MDB-nin Azad Ticaret zonasına daxil olması haqqında” qanunu ratifikasiya edib. Bu qanun Özbekistan parlamenti terefinden noyabr ayının 29-de qebul edilmişdi. Ölke Senatı ise bu qanunu dekabrın 13-de tesdiq etmişdi.
Xatırladaq ki, Özbekistan artıq MDB-nin Azad Ticaret zonasına daxil olan 7-ci ölke olub. Bu zonaya Rusiya, Belarus, Qazaxıstan, Ukrayna, Ermenistan ve Moldova daxil olsa da hele MDB-nin diger üzvleri olan Tacikistan ve Qırğızıstan bu qanunu ratifikasiya etmeyib. Azerbaycanla Türkmenistan ise ümumiyyetle bu qanuna imza atmayıb.
DOSTLARINLA PAYLAŞ: