Öz ölkəsinin vətəndaşlığından çıxarıldı, Türkiyədə nazir oldu
25 Yanvar 2013 Cümə 07:16
Müezzinoğlu Türkiyədə vətəndaşlıq müraciətindən sonra 3 il bu ölkədə vətənsiz yaşayıb
Türkiyənin yeni səhiyyə naziri Mehmet Müezzinoğlunun 1986-cı ildə bu ölkənin vətəndaşlığına qəbul edildiyi bildirilir. Məlumata görə, 1955-ci ildə Yunanıstanın Gümülcine (Komotini) şəhərində dünyaya gələn M. Müezzinoğlu 1970-ci ildə təhsil almaq üçün Türkiyəyə gəlib. İmam-Xətib litseyində baş nazir Ərdoğanın sinif yoldaşı olan Müezzinoğlu 1982-ci ildə Cərrahpaşa tib fakultəsindən məzun olaraq Yunanıstana qayıdıb. Xaricdə təhsil aldığı üçün ölkəsində təzyiqlərlə üzləşən M. Müezzinoğlu 1983-cü ildə Meric (Maritsa) çayını keçərək Türkiyəyə sığınıb.
Yunanıstan hökumətinin onu vətəndaşlıqdan çıxarması və Türkiyədə vətəndaşlıq müraciətindən sonra 3 il gözləməsi səbəbindən 1986-cı ilə qədər 3 il bu ölkədə vətənsiz yaşayıb.
1992-cfi ildə Nəcməddin Ərbakanın rəhbərliyindəki Refah Partiyasında fəal siyasətə başlayan Müezzinoğlu daha sonra AKP (Hakim Ədalət və İnkişaf partiyası) sıralarına daxil olub və 2002 – 2007-ci illər arasında partiyanın İstanbul nümayəndəliyinin sədri olub.
Türkiyə Böyük Millət Məclisinin deputatı olan Mehmet Müezzinoğlu ötən gün Səhiyyə Nazirliyi vəzifəsinə təyin olunub.
DOSTLARINLA PAYLAŞ: