Oyuncaq uşağın həyatı ilə oynadı
07 May 2010 Cümə 17:45
Oyuncaq uşağın həyatı ilə oynadı. Altıncı mərtəbədən yıxılan körpə ağır xəsarətlər alıb.
Moskavda 6-cı mərtəbədən yıxılan yaşyarımlıq uşaq sağ qalıb. Ziddi bədən xəsarətləri alan oğlan uşağı xəstəxanaya çatdırılıb. Onun yıxılmasını görən və təcili yardım çağıran isə qonşular olub.

Hadisə şahidlərinin sözlərinə görə altıncı mərtəbədən böyük sürətlə yerə yıxılan uşaq yumşaq oyuncağın üstünə düşüb. İlkin ehtimala görə, onun yıxılmasına səbəb yerə düşən oyuncağının dalınca dartınmasıdır. Oyuncağın üstünə düşməsi onun həyatlını xilas etsə də, körpə ciddi xəsarətlər alıb. Yaş yarımlıq uşağın ciyərləri, böyrəkləri və beyni zədələnib, hər iki əli qırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar