Ötən il 19 Azərbaycan vətəndaşı İsveçrədən sığınacaq istəyib
19 Yanvar 2010 Çərşənbə Axşamı 10:25
İsveçrə hökuməti yeddi müraciətə müsbət cavab verib
2009-cu ildə 19 Azərbaycan vətəndaşı İsveçrədən sığınacaq istəyib. İsveçrə Federal Miqrasiya Xidmətinin məlumatına görə, bu müraciətlərdən yalnız 7-nə müsbət cavab verilib.
Ümumilikdə İsveçrə hökumətinə il ərzində sığınacaqla bağlı 16 005 müraciət edilib. Bu, 2008-ci illə müqayisədə 3,6 faiz azdır. Birinci instansiyada baxılmış 17 326 işdən yalnız 2622-si sığınacaq verilməsi ilə yekunlaşıb.
Federal Miqrasiya Xidmətinin MDB ölkələri şöbəsinin hesablamalarına görə, birlik ölkələri arasında sığınacaqla bağlı daha çox Rusiya vətəndaşları müraciət ediblər. Rusların 452 müraciətindən 45-nə müsbət cavab verilib, 251 halda isə əsaslı səbəblər olmadığından sığınacaq verilməsindən imtina olunub. İsveçrə hökuməti Ermənistan vətəndaşlarından 90 müraciət alıb və yalnız 1 müraciət təmin edilib. Belarusdan 76, Qazaxıstandan 15, Qırğızıstandan 6, Özbəkistandan 15, Ukraynadan 29, Türkmənistandan isə 1 nəfər sığınacaq istəyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: