Otelde 69 turist zeherlendi
06 Avqust 2013 Çərşənbə Axşamı 04:16
Xəstələrin bir qismi tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıb.
Türkiyənin kurort zonası olan Kəmərdə 69 nəfər rusiyalı turist zəhərlənib, onlardan 15-i xəstəxanaya yerləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rosturizm”in açıqlamasında bildirilir:
“Rusiyanın Antalya şəhərindəki Baş Konsulluğun məlumatına görə, avqustun 3-də Beldibi qəsəbəsindəki “Qrand Rinq” otelində istirahət edən 69 rusiyalı turist tibbi yardım üçün müraciət edib. Onların hamısına “kəskin qastroenterit” diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib. Turistlərin bir qisminə ambulator yardım göstərilib, 15 nəfər isə Kəmər və Antalyanın xəstəxanalarına yerləşdirilib”.
Xəstələrin bir qismi tibbi yardım aldıqdan sonra xəstəxanadan otelə buraxılıb.
Qurumun açıqlamasında vəziyyətin ciddi nəzarətə götürüldüyü bildirilir:
“Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, vəziyyət ciddi nəzarətə götürülüb. Avqustun 3-də Antalya Səhiyyə İdarəsinin müfəttişləri sanitar-epidemioloji ekspertizası üçün oteldə verilən qida məhsullarından, hovuz və dənizdəki sudan nümunələr götürüb. Ekspertizanın nəticələri avqustun 6-ı məlum olacaq. Otelin bütün otaqlarında sanitar tədbirlər görülüb”.
DOSTLARINLA PAYLAŞ: