Otel xadimələrinə "panika düyməsi" veriləcək
02 İyun 2011 Cümə Axşamı 11:37
Nyu -Yorkdakı otellərdən biri əməkdaşlarını qorumaq üçün maraqlı təkliflə çıxış edib.
Nyu-Yorkda otellərdə işləyən xadimələri qorumaq üçün qeyri-adi addım atılıb. Xidmətçilərə "panika düyməsi" paylanılacaq. Belə təşəbbüslə "Pierre" mehmanxanasının rəhbərliyi çıxış edib. Bu barədə məlumatı "Associated Press" yayıb. Qərar otel işçilərindən birinin misirli biznesmen Mahmud Abdel Salam Omar tərəfindən hücuma məruz qalmasından sonra verilib.

Qeyd edək ki, bu, otel xadimələrinin cinsi zorakılığa məruz qalması ilə bağlı məlum olan ilk fakt deyil. Beynəlxalq Valyuta Fondunun prezidenti Dominik Stross Kan da bu yola əl atdığı üçün vəzifəsindən istefa verməli olub. Qaradərili xadimı qadının şikayətindən sonra saxlanılan Stross Kan hazırda ev həbsindədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar