Otel nömrəsi: Bu nömrəni BVF prezidentinə kim gəldi?
22 May 2011 Bazar 23:53
Yəqin ki, Stross Kann xadiməyə məhəbbətinin belə baha başa gələ biləcəyini təsəvvür etmirdi.
Artıq bu əhvalatı dünyada hamı bilir.
Beynəlxalq Valyuta Fondunun prezidenti, Nyu-Yorkun məşhur bir otelinin sutkası 3000 dollarlıq nömrəsində qalan Stross Kan 32 yaşlı qaradərili xadiməni zorlayıb… Özü də maraqlıdır ki, Stros Kan qabaqcadan demişdi ki, belə bir qalmaqalın qurbanı olacaq. Onun qadınlar baxımından ağzı sıyıq olmasını bilən bədxahları Strossa qarşı qarşı bu zəfiliyindən istifadə edəcəklər. Qəribədir: əgər adam bilirsə ki, irəlidə onu nə gözləyir və onu gözləyən nəyin də üstünə gedir, hesablamadan, bu boyda valyuta fondunu necə hesablayırmış…

Bu əhvalatda başqa qəribə suallar da var: Məsələn 3000 dollarlıq nömrədə qalmağa imkanı çatan bir varlı kişi niyə öz şəhvani ehtiyacını ödənişli fahişə hesabına ödəməyib. Qaradərili bir xadiməyə tamah salıb. Ya da niyə bunu məhz oteli tərk etmək ərəfəsində edib. Başqa bir detal da ağlabatan görünmür: tutaq ki, oteli tərk etməlisən, şey-şüyünü yığışdırırsan, şkafdan pal-paltarını götürürsən, kağız-kuğuzunu qovluğuna, noutbukunu (bu boyda adamın yəqini ki, olar da noutbuku) çantana yerləşdirirsən, portmanatına baxırsan, mini-bara hər ehtimala qarşı nəzər yetirirsən ki, birdən aşağıda sənə kəf gələrlər və birdən qapı döyülür, xadimə dərhal içəri girir və sən də dərhal onu zorla çarpayıya yıxırsan, xadimə əlindən qaçıb özünü vanna otağına, bəli bəli nə qapıdan dəhlizə, nə balkona məhz vanna otağına salır, özü də nədənsə qapını da arxasınca bağlamır, sən də tez-tələsik xadiməni oral seksə vadar edirsən, sonra təcili nömrəni tərk edirsən. Resepşınla haqq hesabını üzürsən və birbaşa hava limanına… e!!!

…Tələsrdin axı…
Bax bu mənim ağlıma batmır. Mənim ağlıma o da batmır ki, resepşında Stross-Kan heç olmazsa beş dəqiqə yubanmayıb. Bu vaxt ərzində xadimə xanım yəqin ki, aşağı qaça, ya da azı liftə qədər qaça bilərdi axı. Çünki biz artıq onun bayaq vanna otağına yürüşündən bilirik ki, bu xanım qaçmağı bacarır…

Çox pis, olduqca pis ssenaridir. Xüsusilə Nyu-York oteli üçün!!! və elə buna görə də az sonra məlum olanda ki, bu xadimənin ağızdolusu seks söhbəti hər nədirsə iki tərəfin razılığı ilə baş verib, buna bir o qədər heyrətlənmirsən… Stross Kannın siyasi karyerası və Nikole Sarkozinin onun simasında qarşıdan gələn prezident seçkilərində özünün ən nüfuzlu rəqibindən elə fransızsayağı-yəni üçüncü qapı vasitəsilə üzülüşməsi barədə danışmaq niyyətində deyiləm. Bütün bunlar onsuz da məlumdur.

Stross Kann-ın zərif cinsə ifrat məhəbbət bəslədiyi barədə danışılanlar da, onun hələ bir müddət əvvəl öz işçilərindən birinə eksklüziv nəvazişi sayəsində, onu türkün məsəli qabağa çəkməsi də… burası da faktdır ki, adətən hökmraqlıq duyğusu olanlar, pula-var dövlətə sahib olanların sevgi-məhəbbət macəraları belə rezonans doğurur. Monika Levinski - Bill Klinton, Berluskoni -Kamilə Əlməkruh, Stross Kann-qaradərili xadimə, özü də müsəlman…

Hər halda, yəqin ki, Stross Kann xadiməyə məhəbbətinin belə baha başa gələ biləcəyini təsəvvür etmirdi. Belə-belə işlər... Bəzən mehmanxana nömrələri sirk nömrələrindən daha təhlükəli olur. Birində bir dəfə yıxılırsan, o birində birldəfəlik!!! ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar