Otağında siqaret çəkən vali köməkçisi cərimə olundu
20 Yanvar 2011 Cümə Axşamı 02:55
Şəhər səhiyyə idarəsinə vali köməkçisinin otağında siqaret çəkməsi barədə telefon zəngi daxil olub.
Türkiyə Muş vilayətinin vali köməkçisi Mustafa Karaca xidməti otağında siqaret çəkdiyi üçün şəhər səhiyyə idarəsinin rəsmiləri tərəfindən cərimə olundu. ANS PRESS “Habertürk”ə istinadən xəbər verir ki, şəhər səhiyyə idarəsinə vali köməkçisinin otağında siqaret çəkməsi barədə telefon zəngi daxil olub.

Valilik binasına gedən Səhiyyə idarəsi Tütün departamentinin sədri Osman Ek və departamentin işçisi Əhməd Özyaşar Mustafa Karacanı əlində siqaretlə yaxalayıb.

Qeyd edək ki, Mustafa Karaca 75 lirə (38.80 manat) cərimə olunub.

Qanunların hamı üçün olduğunu, vali və ya başqa vəzifəliyə görə dəyişiklik olmadığını bildirən Osman Ek isə qanunu pozanın kim olursa-olsun cərimə olunacağını deyib.

Xatırladaq ki, Türkiyədə tütün məmulatlarının verdiyi zərərlərin qarşısını almağa dair 4207 saylı qanuna görə qapalı məkanlarda siqaret çəkilməsi qadağandır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar