Osloda Nobel sülh mükafatı təqdim olunacaq
10 Dekabr 2010 Cümə 02:50
Mükafatın tarixində ilk dəfə mərasimdə nə laureatın özü, nə də nümayəndələri iştirak edəcək
Bu gün Osloda Nobel sülh mükafatının təqdimat mərasimi keçiriləcək. Amma mükafatın tarixində ilk dəfə mərasimdə nə laureatın-çinli dissident Lyu Syaobonun özü, nə də nümayəndələri iştirak edəcək.
Lyu Syaobo Çində həbsdədir və dövlətçilik əleyhinə fəaliyyətə görə 11 il müddətinə azadlıqdan məhrum edilib. Çin hökuməti onun qohumlarına da müakafatı almaq üçün Osloya getməyə icazə verməyib. Ənənəvi Nobel mühazirəsi əvəzinə aktrisa Liv Ulman Lyu Syaobonun esselərindən birini oxuyacaq.
Çin dissidentə sülh mükafatının verilməsinə kəskin etiraz edib və xarici səfirləri Oslodakı mərasimi boykot etməyə çağırıb. 19 ölkənin nümayəndələri mərasimdə iştirak etmpəyəcəklər. Mərasimdə iştirakdan imtina edən ölkələr arasında Çin, Rusiya, Qazaxıstan, Kolumbiya, Tunis, Səudiyyə Ərəbistanı, Pakistan, Serbiya, İraq, İran, Vetnam, Əfqanıstan, Venesuela, Misir, Sudan, Kuba, Mərakeş, Argentina və Əlcəzair var.
Norveç Nobel Komitəsinin sədri Törbörn Yaqland isə ötən gün Osloda keçirilən mətbuat konfransında bəyan edib ki, bu ilin Nobel sülh mükafatı Çinə qarşı yönəlməyib və diqqəti Çində insan hüquqları ilə işləyən şəsxlərə yönəldir.
DOSTLARINLA PAYLAŞ: