Osloda güclü partlayış olub
22 İyul 2011 Cümə 20:05
Osloda güclü partlayış olub. Hadisə hökumət binası yaxınlığında baş verib.
Osloda hökumət binası yaxınlığında yerləşən Norveçdə ən böyük tabloidi olan VG-nin ofisində partlayış baş verib. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində Norveçin baş naziri Yens Stoltenberq xəsarət almayıb.

“Mən VG-nin və hökumətin binasının pəncərələrinin necə sındığını gördüm. Küçədə insanlar qan itirirlər”, – deyə Stoltenberq bildirib.

“Röyters” agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Agentliyin hadisə yerində olan müxbiri ən azı 8 nəfərin yaralandığı barədə xəbər verib.

Hazırda partlayışın baş verdiyi binanın yanında yerləşən ofislərin əməkdaşlarının təxliyyəsı aparılır. Hələlik partlayışın nədən baş verdiyi məlum deyil. Yaralananların sayı dəqiqləşdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar