Orxan Zeynalov karsere salındı
22 Aprel 2014 Çərşənbə Axşamı 11:06
Hebsxana nezaretçileri Orxan Zeynalovu kamera yoldaşlarından qorumaq üçün bu addımı atıblar.
Öten ilin oktyabr ayında Rusiyada hebs olunan Azerbaycan vetendaşı Orxan Zeynalov karyere salınıb.
ANS PRESS-in melumatına göre, hemyerlimiz kamera yoldaşı olan 61 yaşlı gürcü "qanuni oğru" Miron Qorgidze ile mübahise edib. Orxan Zeynalov tutulduqda hüquq mühafize orqanları emekdaşları terefinden zorakılığa meruz qaldığını dese de "qanuni oğru" bunun eksini deyib. O, Orxan Zeynalovun milislere qarşı zorakılıq etdiyini deyib.
Kriminal alemin qanunlarına göre, ise "qanuni oğru" ile mübahiseden sonra Orxan Zeynalov kameradan çıxmamalı imiş. eks halda kamera yoldaşları onu döyecekmiş. Bundan sonra hebsxana nezaretçileri Orxan Zeynalovu karsere salmağa qerar veribler.
Qeyd edek ki, gürcü “qanuni oğru” öten ilin iyul ayının 20-den etibaren hebsxanadadır. Bundan evvel o, bir neçe defe deleduzluqda ittiham edilerek hebs olunub. Miron daha çox kriminal ehatede daha çox Mirkiya kimi tanınır. Keçmiş gürcü avtoritetleri Pato, qiqla, Vaxo ve İliko ile birlikde hebs cezası çekib. Bundan elave olaraq bildirilib ki, 90-cı illerin evvellerinde avtoritet aleminde özünü yaxşı gösteren Miron hazırda nüfuzdan düşüb. Hetta 2001-ci ilde diger "qanuni oğru"lar terefinden döyülüb.
DOSTLARINLA PAYLAŞ: