Oruc tutmayan prokuroru döyərək burnunu sındırıblar
04 Sentyabr 2010 Şənbə 02:00
Özcan Çubukoğlunun prokuror olduğunu bildirməsi də vəziyyəti dəyişdirməyib.
Türkiyədə oruc tutmayan prokuror bir neçə şəxs tərəfindən döyülüb. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə Yozqat şəhəri avtovağzalında baş verib. Məlumata görə, ötən gün saat 12.00 radələrində avtobusun hərəkət etməsini gözləyərkən siqaret çəkən prokurora ramazan ayı olduğu xatırladılıb və siqaret çəkməməsi üçün xəbərdarlıq olunub. Prokuror Özcan Çubukoğlu isə xəbərdarlığa məhəl qoymayaraq siqaret çəkməyə davam edib.

Bundan sonra hücuma məruz qalan Çubukoğlu 2 nəfər tərəfindən döyülüb. Özcan Çubukoğlunun prokuror olduğunu bildirməsi də vəziyyəti dəyişdirməyib. Bədən xəsarətləri alan və burnu sınan prokuror Yozqat dövlət xəstəxanasına çatdırılıb.

Hadisəni törədənlər saxlanılsa da onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib və təqsirləndirilən şəxslər hər gün polis şöbəsinə gedərək müəyyən olunmuş cədvəli imzalamaq şərtilə azadlığa buraxılıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar