Ordu 120 üsyançını öldürdü
15 İyul 2013 Bazar Ertəsi 23:23
Qarşıdurmalar zamanı 12 əsgər də həyatını itirib.
Konqo Demokratik Respublikasında ordunun 120 üsyançını öldürdüyü açıqlanıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, səlahiyyətlilərdən Lambert Mend, Kibati kəndinin idarəsini geri qazanan ordunun, qarşıdurmalar zamanı “M23 hərəkəti” üzvlərindən 120 nəfərin öldürüldüyünü açıqlayıb.
Onun sözlərinə görə, qarşıdurmalar zamanı 12 əsgər də həyatını itirib.
Qeyd edək ki, ABŞ tərəfindən hazırlanan bir hesabatda, son aylarda əsgərlərin “M23 hərəkəti”nə qatıldığı bildirilib. Ancaq Konqo Demokratik Respublikası hökuməti bu iddiaları rədd edir.
DOSTLARINLA PAYLAŞ: