Ördəyi əzdiyinə görə cəza aldı
10 Dekabr 2009 Cümə Axşamı 10:40
Amerika sakininə maşını ilə heyvanı əzmək baha başa gəlib
Ördək öldürən amerikalı cəzalandırılıb. Balaları ilə yolu keçən ördəyi vuran Massaçusets ştatının sakini 1 il müddətinə şərti həbs cəzası alıb. 25 yaşlı Coşua Linhares heyvanı öz maşını ilə əzib.
Dövlət ittihamçılarına gəncin heyvanla pis rəftarını göstərmək üçün cəmi 15 dəqiqə lazım olub. Məhkəmədə magistral yolda çəkilən video görüntülər təqdim edilib.
İttiham edilən şəxs ilə ördəyi bilmədən öldürdüyünü bildirib. Bundan sonra isə təşvişə düşərək hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, anasız qalan 12 bala ördək heyvansevənlər tərəfindən götürülüblər. Böyüyəndən sonra onların təbiətə buraxılması planlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: