Oranqutan xəstəxanasının körpələri
13 Aprel 2009 Bazar Ertəsi 18:13
Xəstəxanadakı körpələr ya anaları tərəfindən rədd edilib, ya da ki onlar tərəfindən hücumlara məruz qalıblar.
Dünyanın ilk oranqutan xəstəxanasında körpə oranqutanlara 1 yaşına çatana qədər qulluq göstərilir. Onların öz ayaqları üzərində dura biləcəklərindən əmin olunduqdan sonra vəhşi təbiətə buraxılır. Xəstəxananın mütəxəssislərinin verdiyi məlumata görə, dünyada 3000-ə qədər qalan “Pongo Pygmaeus” adlı Borneo növünün 23 körpə oranqutanı var. Xəstəxanadakı körpələr ya anaları tərəfindən rədd edilib, ya da ki onlar tərəfindən hücumlara məruz qalıblar. Ana südündən kəsildikləri üçün xəstəliklərə düçar olmaq ehtimalı artan körpə oranqutanlar 2 saatdan bir uşaq butulkası vasitəsilə bəslənirlər. Onların təzyiqləri, qanlarındakı oksigenin faizi və nəbzləri monitorların köməyi ilə nəzarət altında saxlanılır. Körpə oranqutanlar komfortlu çarpayılarda yatızdırılır və hər səhər antiseptik su ilə yuyulub tərəzidə çəkilir.
Qeyd edək ki, oranqutan xəstəxanası Malayziya meşələrinin mərkəzində “Oranqutan adası” kimi tanınan ərazidə tikilib.
 
Zaman


DOSTLARINLA PAYLAŞ:

oyunlar