Öpüş rekordu yeniləndi
15 Fevral 2011 Çərşənbə Axşamı 12:13
Taylandda qeydə alınan rekord 46 saat 24 dəqiqə 9 saniyə davam edib
Taylandda yeni dünya rekordu vurulub. Rekord ən uzun müddətli öpüş sahəsində əldə edilib. ANS PRESS-in "vesti.ru"ya istinadən verdiyi məlumata görə, ən uzunmüddətli öpüş müsabiqəsi turizm şəhəri olan Pattayda keçirilib. Rekord yenilənməsində 14 cütlük iştirak edib ki, onlardan 7-i rekorda imza ata bilib. Cütlüklərin öpüşü 46 saat 24 dəqiqə 9 saniyə davam edib.

Müsabiqə təşkilatçısının sözlərinə görə, rekordçuların sayı və əldə edilən nəticə gözlədiklərindən çox olub.
Qaydalara görə, iştirakçılara oturmağa icazə verilməyib. Onlar ancaq ayaqyolundan istifadə ediblər. Suyu və şirəni isə boru vasitəsilə içiblər.

Yarışa yalnız əsl sevgililər buraxılıb. Belə ki, rekord vurmaq istəyənlər ya evlilik şahədətnaməsini göstərməli, ya da valideynlərindən məktub gətirməli idilər.

Qaliblərə 1,6 min dollar dəyərində brilyant üzük və 3,2 min dollar pul mükafatı verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar