Operatorunun əlindən 0,5 mln dollarlıq kamera oğurlandı
19 Oktyabr 2013 Şənbə 22:20
Kameranı çəkiliş meydanına aparan operator yemək yemək üçün maşından çıxıb.
Amerikanın “Dumb and Dumber” (“Axmaq və sarsaq”) kinokomediyasının ikinci bölməsinin operatorunun əlindən naməlum adamlar 500000 dollarlıq kamera oğurlayıblar. ANS PRESS "Atlanta Business Chronicle"a istinadən bildirir ki, oktyabrın 12-də baş vermiş hadisə barədə oktyabrın 19-da məlumat verilib.
Kameranı çəkiliş meydanına aparan operator yemək yemək üçün maşından çıxıb. Yeməkdən sonra geri qayıdan operator və yoldaşı görüblər ki, oğrular maşının qapısının qıfılını sındırıb, 50 kiloqram çəkisi olan kameranı, noutbuku və qulaqcıqları aparıblar.
Oğurlanmış kamera "Cineflex"in istehsalıdır. Bu model xüsusi olaraq uçan aparatlarda istifadə etmək üçün layihələnib, onu çəkilişdə iştirak edən helikopterə birləşdirmək olar.
DOSTLARINLA PAYLAŞ: