OPEK-ə sədrlik İrana keçir
11 Dekabr 2010 Şənbə 03:35
Neft ölkələrinin Kito toplantısında neft hasilatı kvotası müzakirə ediləcək
Bu gündən OPEK-ə sədrlik Ekvadordan İrana keçir. Bununla əlaqədar Ekvadorun paytaxtı Kitoda OPEK ölkələrinin neft nazirlərinin toplantısı keçiriləcək. Tehran neft kartelinə son 36 ildə ilk dəfədir başçılıq edəcək.

Nazirlər poenar sessiya çərçivəsində dünya bazarında neftə tələbatla bağlı vəziyyəti də müzakirə edəcəklər. Ekspertlər hesab edirlər ki, “qara qızıl” hasilatının kvotusı hazırkı səviyyədə saxlanılacaq.

Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Məhəmməd bir Daen əl-Həmli hesab edir ki, neftin hazırkı qiyməti investisiyaların artırılmasına yardım edir. Anqolanın neft naziri Xose-Mariya Botelyo de Vaskonselosanın fikrincə, qiymətlərlə bağlı vəziyyət sabit olduğundan, hasilat həcminin dəyişdirilməsi az ehtimal olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar