İngilis cütlüyün bir yumurtadan üçəmləri dünyaya gəlib.
Uelsli cütlük Karen və Yan Hilbertlərin təbii yolla hamiləlik nəticəsində tək yumurtadan üçəm övlad sahibi olublar. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, süni mayalanmada bu hallarla tez-tez rastlansa da, təbii hallarda isə ancaq 200 milyonda bir rast gəlinmək ehtimalı var.
Həkimlər körplərin eyni yerdə, eyni plasentada olduqlarına görə, bir-birini öldürmə riski ilə bağlı narahatlıq keçiriblər. Hamiləliyin yeddinci ayında şiddətli ağrılarla həkimə müraciət edən qadın üçəmləri qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.
Cütlüyün üçəmlərdən başqa 3 yaşında bir qızları da var. Ana və uşaqların 6 həftə xüsusi baxım şöbəsində qaldıqdan sonra evə buraxılıblar.