Onilliyin əməliyyatı
15 Mart 2010 Bazar Ertəsi 19:55
Avropanın ən məşhur mafiozlarından biri həbs edilib
İtaliya polisi Siciliya mafiyasının 19 üzvünü həbs edib. Saxlanılan şəxslər arasında ölkənin ən məşhur mafiozlarından hesab edilən Salvatore Messina Denaro da var. İtaliya Daxili İşlər Nazirliyinin “onilliyin əməliyyatı” adlandırdığı həbslərdə Palermo və Trapinidən olan 200 italiyan polisi iştirak edib.

İtaliya daxili işlər naziri Roberto Maroninin sözlərinə görə, əməliyyat “Koza Nostra” üzvlərinin məxfi yazışmalarının aşkar edilməsi sayəsində uğurlu alınıb. “Halqa daralır, ümid edirəm qısa zamanda mafiyanın rəhbəri Messina Dinaronu da ələ keçirə biləcəyik”,-deyə nazir bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar