Ömürlük məhkuma 35 ildən sonra bəraət verildi
18 Dekabr 2009 Cümə 04:50
Həbsə 19 yaşında girən günahsız şəxs həbsxananı yalnız 54 yaşında tərk edə bilib
ABŞ-da 35 il məhkumluq həyatı yaşayan 54 yaşlı kişiyə bəraət verilib. Ceyms Beyn törətmədiyi cinayətə görə məhkum edilib. Onu DNT müayinəsindən sonra azadlığa buraxıblar.
Ceyms Beyn 9 yaşlı oğlanın oğurlanması və zorlanmasında təqsirli bilinərək 19 yaşında ömürlük azadlıqdan məhrum edilib. 35 ildən sonra günahsızlığı sübut olunan şəxs Florida ştatındakı zəbsxananı tərk edərkən bildirib ki, kin saxlamır və yarımçıq qalmış təhsilini davam etdirmək niyyətindədir.
Qeyd edək ki, bir neçə gün əvvəl DNT analizinin köməkliyi ilə Arizona ştatında 58 yaşlı Donald Geyts də azadlığa buraxılmışdı. O 1981-ci ildə 21 yaşlı qadının qətlində təqsirli bilinmişdi. Donald Geyts günahsız ola-ola 28 il həbsdə qalıb.
Ümumilikdə DNT müayinələri ABŞ-da 245 nəfərin bəraət almasına səbəb olub. Onların hamısı uzun illər əvvəl törətmədikləri cinayətlərə görə məhkum olunublar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: