Ömürlük azadlıqdan məhrum edilmiş şəxs həbsdən qaçıb
26 Fevral 2010 Cümə 20:15
Amerikalı məhbus dustaq yoldaşının əvəzinə azadlığa çıxıb
Amerikanın Merilend şatatında 26 yaşlı məhbus Reymond Teylor dustaq yoldaşının əvəzinə azadlığa çıxıb. Hadisə məhkəməyə gətirilən yaxud da azad ediləcək dustaqların saxlanıldığı Baltimor həbsxanasında baş verib. İfadə vermək üçün həmin həbsxanaya gətirilən məhbus təsadüfən azad olunmalı olan bir dustaqla eyni kameraya yerləşdirilib. Nəzarətçi gəldikdə isə dustaq yoldaşının identifikasiya kartını təqdim edən Teylor özünü azad olunacaq məhbus kimi təqdim edib.
Ağılagəlməz üsulla aradan çıxan Reymond Teylor ömürlük azadlıqdan məhrum edilib. Onun axtarışları isə hələlik heç bir nəticə verməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: