Omanda hökumət əleyhnə nümayiş keçirilib
23 Aprel 2011 Şənbə 14:41
Nümayişçilər korrupsiyaya son qoyulmasını tələb ediblər.
Omanın cənubundakı Salala liman şəhərində əmək haqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması və korrupsiyaya son qoyulması tələbi ilə etiraz aksiyası keçirilib. Şəhər qubernatorunun qərargahı qarşısında toplaşan 3 mindən çox insan sonra yürüş edib.
Etirazçıların çoxu fevralda kütləvi nümayişlərdən sonra korrupsiya ittihamları ilə işdən çıxarılan nazirlərin hələ də məsuliyyətə cəlb olunmamasına qəzəbləniblər.
40 ildir Omanı idarə edən sultan Qabus bin Səid iki ay əvvəl nümayişlərin baş qaldırdığı ölkədə müvafiq xərclərə 2.6 milyard dollar ayırmağı, əmək haqlarının artırılacağını və 50 minədək iş yerinin yaradılacağını vəd edib. Bundan başqa, Oman sultanı işsizlərə aylıq pul yardımı da təklif edib. Ancaq etirazçılar aylıq minimum əmək haqqının 366 dollardan 520-dək artırılmasının kifayət etmədiyini deyirlər və iki dəfə artırılmasını tələb edirlər.
Xatırladaq ki, ölkənin şimalındakı Suhar şəhərində fevralda baş vermiş qarışıqlıqda iki nəfər ölmüşdü. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: