Oman hakimiyyəti xarici jurnalistlərin ölkəyə girişi qadağa qoydu
01 Mart 2011 Çərşənbə Axşamı 02:01
Bütün sərhəd məntəqələrinə və hava limanlarına jurnalistləri ölkəyə buraxmamaq barədə göstəriş verilib.
Ərəbistan yarımadasındakı Oman sultanlığının xalq etirazlarını yatırmaqda israrlı olan hakimiyyəti iki gün müddətinə əcnəbi jurnalistlərin ölkəyə girişinə qadağa qoyub. Məlumatı RİA “Novosti” agentliyi Oman sərhədçiləri arasındakı mənbəyə istinadən yayıb. Agentliyin əməkdaşına sərhəd məntəqələrinin birinndə Omana ciriş vizası verməkdən imtina ediblər. Sərhəd xidmətinin zabiti bildirib ki, onlara jurnalistləri buraxmamaq barədə göstəriş verilib. Onun sözlərinə görə, heç bir yazılı göstəriş təqdim edə bilməz və bu barədə tapşırığı telefonla alıb. Sərhədçilər bildiriblər ki, hətta təyyarə ilə gələn jurnalistlər də ölkəyə buraxılmayacaqlar. Hava limanlarındakı sərhəd-keçid məntəqələrinə də bu barədə göstğəriş verilib.

Qeyd edək ki, Omanın paytaxtından 200 kilometr şimalda yerləşən Suxar şəhərində iki gündür yüzlərlə adam etiraz aksiyası keçirir. “Əl Cəzirə” telekanalının məlumatına görə, bazar günü polis əməkdaşları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə ediblər. Nəticədə iki nəfər həlak olub. Ötən gün isə “Reuters” agentliyi ölkənlərin sayının altı nəfərə çatması barədə məlumat yayıb. Aksiya iştirakçıları iş yerlərinin yaradılmasını, maaşların artırılmasını və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini tələb edirlər.

Oman sultanı Kabus bin Səid artıq nümayişçilərə güzəştə gedib. Fevralın ortalarında Mskat şəhərindəki aksiyadan sonra o hökumətdə yer dəyişikliyi edib, pensiya təminatında islahatlar aparıb və tələbə təqaüdlərini artırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar