Ölümün vaxtını bildirən test
17 May 2011 Çərşənbə Axşamı 04:06
İnsanların telomerlərini ölçərək ömrünün uzunluğunu müəyyənləşdirmək mümkündür
Avropalı araşdırmaçılar insanın ömrü barədə məlumat əldə edən test hazırlayıb. “Independent” qəzetinin xəbərinə görə, 500 avro qiyməti olan bu qan testi sayəsində insanın hansı sürətlə yaşlanması və nə vaxt öləcəyi barədə həqiqətə yaxın məlumatlar əldə etmək mümkündür. Qeyd edək ki, bu testlərin ilin axırına qədər İngiltərədə satışa çıxarılması planlaşdırılır. Bu test insanın xromosomlarında olan telomerin uzunluğunu ölçür. Alimlər telomeri qısa olanların ömrünün də az olduğunu bildirir.

Xatırladaq ki, tib tarixində o qədər də köhnə termin olmayan telomer DNT-lərin uc hissəsinə deyilir və genetik məlumatların qoruyucu qalxanı hesab olunur. Məlumata görə, hüceyrələrin parçalanması telomeri də qısaldır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar