Braziliya telekanalı öz tamaşaçılarını şoka salmaqda davam edir
Braziliyanın STB telekanalı öz tamaşaçılarını şoka salmaqda davam edir. ANS PRESS-in məlumatına görə, olduqca böyük populyarlıq qazanmış liftdəki kabus-qızla bağlı zarafatından sonra telekanal yeni bir zarafata əl atıb.
Yeni hazırlanan zarafat əvvəlkindən fərqlənmir: eyni lift, heç nədən xəbəri olmayan sərnişinlər və qorxulu anlar. Bu dəfə ofis binasına gələn qonaqlar və liftin zavallı sərnişinləri ölü ilə qorxudulub.