Ölkəni qadınlar idarə edəcək
20 Oktyabr 2009 Çərşənbə Axşamı 20:45
Norveç hökumətinin yarısını qadınlar təşkil edəcək
Bundan sonra Norveçi qadınlar idarə edəcək. Norveçin baş naziri Cens Stoltenberq 20 nəfərlik Nazirlər Kabinetində 10 qadın nazirin yer alacağını bildirib.

Qeyd edək ki, Norveç BMT İnkişaf Proqramının "2009 İnsani İnkişaf İndeksi"ndə "dünyanın yaşamaq üçün ən yaxşı ölkəsi" kateqoriyasını qoruyan və gender bərabərliyini təmin edilən ölkə seçilib.

Xatırladaq ki, C.Stoltenberq hökumətinin ötən il qəbul etdiyi qərara əsasən şirkətlərin idarə heyəti üzvlərinin ən azı 40 faizini qadınlar təşkil etməlidir.ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar