Ölkə iqtisadi müharibə ərəfəsindədir
07 Yanvar 2011 Cümə 12:20
“Renault” sənaye casusluğunda şübhəli bilinən 3 işçisini qovub
“Renault” avtomobil istehsalı şirkəti sənaye sirrləri digər şirkətlərə ötürməkdə şübhəli bilinən 3 işçisini qovub. Şirkətin top-menecerləri elektromobil istehsalında istifadə olunan sirrləri digər şirkətlə ötürərək sənaye casusluğu ilə məşğul olmaqda şübhəli bilinirlər.

“Bu şəxslər şirkətdə xüsusi strateji mövqe tuturdular. Araşdırmalar həmkarlarımızın öz hərəkətləri ilə “Renault”un etik normalarını pozduqlarını və bununla da şirkətin aktivlərini risk altına qoyduqlarını üzə çıxardı”, - deyə “Renault”un vitse-prezidenti Kristan Yusson bildirib.

İşçilərin sirrləri konkret kimləri ötürdüyü barədə dəqiq məlumat verilmir. Fransanın sənaye naziri Erik Besson da yaranmış vəziyyətə “ölkə iqtisadi müharibə ərəfəsindədir”- deyərək münasibət bildirib.

Xatırladaq ki, “Renault” iki il ərzində tərəfdaşı “Nissan” şirkəti ilə birlikdə elektromobilin yaradılması üzərində çalışırdı. Bu iki şirkətin müştərək yaratdığı elektromobilin atmosferi az çirkləndirdiyi bildirilir. Onların rəqibləri sayılan “General Motors” və “Toyota” şirkəti isə bu müddət ərzində həm elektrik, həm də benzinlə işləyən hibrid avtomobilin yaradılması üzərində çalışıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar