Oliqarx nadinc arvadını öldürmək istəyib
11 Dekabr 2009 Cümə 19:05
Ratis Qaylis 3 ay müddətinə həbs edilib
İçkili vəziyyətdə olan Sovet ordusunun sabiq polkovniki, rusiyalı oliqarx Ratis Qaylis tələbini yerinə yetirməkdən imtina edən keçmiş arvadı Vita Kokoreviqi döyüb. Hadisə 2 iyul tarixində Böyük Britaniyada baş verib. Qaylis keçmiş arvadının öz uşaqlarına baş çəkməyə gəlməsindən hiddətlənib.
Kokoreviqin sözlərinə görə, Qaylis sərxoş olub. “O məni otağa salaraq mübaribə haqqında çəkilən filmə baxmağa məcbur etdi. İmtina etdiyim üçün bir neçə dəfə üzümdən vurdu. Daha sonra məni boğmağa cəhd göstərdi, lakin mən onun əlini dişlədikdən sonra buraxdı”, - deyə o bildirib.
Biznesmen bu hərəkətinə görə, üç ay müddətinə həbs cəzasına məhkum edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: