İsrailin dünəndən başladığı quru əməliyyatlar nəticəsində 29 nəfər ölüb, 200 adam yaralanıb.
İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlarda 271 nəfər ölüb, 2050 nəfər isə yaralanıb.
ANS PRESS-in məlumatına görə, bunu Fələstin Hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Eşref əl-Kudra bildirib.
Onun sözlərinə görə, son saatlarda İsrailin qurudan və havadan təşkil etdiyi hücumlarda 5 adam öldürülüb.
"İsrailin dünəndən başladığı quru əməliyyatlar nəticəsində 29 nəfər ölüb, 200 adam yaralanıb".
Qeyd edək ki, Qəzza zolağında ölənlərin əksəriyyəti qadınlar, yaşlılar və uşaqlardır.