Öldürülən hüquq müdafiəçi qanunsuz silahlı qruplaşmanın üzvü olub
11 Avqust 2009 Çərşənbə Axşamı 18:30
Ramzan Kadırov: "Alik Cabrailov çeçenlərdən kimisə öldürübsə, onda bu hadisə qan düşmənçiliyi ola bilər"

 

Çeçenistan prezidenti Ramzan Kadırov bildirib ki, respublikada öldürülən “Nəsli xilas edək” təşkilatının əməkdaşlarından biri əvvəllər qanunsuz silahlı qruplaşmanın (QSQ) üzvü olub. ANS PRESS-in "BBC"ə istinadən verdiyi xəbərə görə, Kadırov Zarem Sadullayevanın əri Alik Cabrailovun əvvəllər QSQ-nın üzvü olduğuna görə, dörd il müddətinə azdlıqdan məhrum edildiyini və üç ildən sonra azadlığa buraxıldığıni qeyd edib.

"Əgər Alik Cabrailov həmin təşkilatın üzvü olduğu zaman çeçenlərdən kimisə öldürübsə, o zaman bu hadisə qan düşmənçiliyi kimi də qiymətləndirilə bilər", - deyə o əlavə edib.

Eyni zamanda Kadırov bu təşkilatın digər əməkdaşının öldürülməsinə səbəb görmədiyini bildirib.

Xatırladaq ki, Qroznıda “Nəsli xilas edək” çeçen gənclər Qeyri-Hökumət Təşkilatlarının rəhbəri Zarema Sadullayeva və onun əri naməlum şəxslər tərəfindən qaçırılaraq öldürülüb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar