Oland Suriyada vəziyətin daha da ağırlaşacağından ehtiyat edir
15 İyul 2012 Bazar 12:11
Fransa prezidenti: "Əsəd rejimi hakimiyyəti tərk edənədək ona qarşı təzyiqlər davam etdirilməlidir".
Fransa prezidenti Fransua Oland Suriyada vəziyətin daha da ağırlaşa biləcəyindən ehtiyat edir. Bu barədə Fransnın milli bayramı olan "Bastiliya qalasının alınması" günündə müsahibə verən Oland bildirib ki, Əsəd rejimi hakimiyyəti tərk edənədək rejimə qarşı təzyiqlər davam etdirilməlidir.
"Biz Bəşər Əsədin hakmiyyəti tərk etməsi və ölkədə siyasi keçidi təmin etmək üçün təzyiqləri davam etdirməliyik. Çin və Rusiya Birləşmiş Millətlər Təşkilatının bütün qətnamələrinə qarşı çıxır. Mən bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinə öz fikrimi demişəm. O, tarixi və ticari əlaqələrə malik olduğu Suriya ilə yaxın münasibətdə qalmaq istəyir. Mən bu mövqeyə hörmətlə yanaşıram. Lakin Putinlə görüşüm zamanı ona bildirim ki, Suriyada vəziyyət daha da pisləşə və vətəndaş müharibəsinə çevrilə bilər",- deyə Oland sözlərini ifadə edib.
Çıxışı zamanı Oland, eyni zamanda, ölkəsində aparıcı avtomobil şirkəti olan "Pejo"nun işçiləri ixtsar etməsinə də münasibət bildirib. Oland qeyd edib ki, şirkətin gözlənilmədən bu qədər əməkdaşını işdən çıxarması ağlasığmazdır. "Bu islahatlar belə çətin bir vaxtda bütün şəhəri şoka salacaq", - deyə Oland əlavə edib.
DOSTLARINLA PAYLAŞ: