“Oland dövründə Türkiyə - Fransa münasibətləri yaxşılaşacaq”
10 May 2012 Cümə Axşamı 06:35
Rəsmi Ankara Oland dönəmində Fransa ilə əlaqələrinin düzələcəyinə ümid edir.
“Fransanın yeni seçilmiş prezidenti Fransua Oland Fransa-Türkiyə əlaqələrinin müsbət yöndə inkişafına səbəb olacaq”. Bu cür bəyanatla çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iki ölkə arasında köklü münasibətlərin olduğunu və bu münasibətlərin həmişə belə qalacağını bildirib. Onun sözlərinə görə, Fransua Oland dönəmində Türkiyə dövləti münasibətlərin daha da yaxşılaşacağına inanır.
“Türkiyə-Fransa əlaqələri müəyyən prinsiplərə əsaslanır. Bu əlaqələr Avropanın ən qədim diplomatik əlaqələridir. Ölkələrimiz arasında bəzi xoşagəlməz hallar yaşandı. Lakin ümid edirik ki, qarşıdakı dönəm daha xoş ünsürlərlə yadda qalar. Əsas odur ki, Fransa hökuməti rasional mövqe sərgiləməkdən əl çəksin” – deyə Əhməd Davudoğlu bildirib.
Avropa Birliyi naziri Egemən Bağış isə qeyd edib ki, Fransanın Türkiyə ilə münasibətlərinin düzəlməsində Fransanın özəl sektorları və firmaları da maraqlı idi. Belə ki, onlar Türkiyə kimi vacib bazarı qaçırmaq istəmirlər.
DOSTLARINLA PAYLAŞ: