Okruaşvili Gürcüstana girə bilmədi
24 May 2011 Çərşənbə Axşamı 15:54
Gürcüstanın keçmiş müdafiə naziri Soçiyə qayıdıb
Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili Şimali Qafqaz ərazisindən Gürcüstana keçə bilməyib. Nəticədə o, Soçiyə geri qayıdıb. Bu barədə məlumatı "Qruziya Online" saytı yayıb.

Məlumata görə, ötən gün Okruaşvili onu müşahidə edən şəxslərlə Şimali Osetiyaya gedib. Oradan Gürcüstana keçmək istəyib. Lakin bu, mümkün olmayıb. Keçmiş nazir Qaraçay Çərkəz və Kabarda-Balkar respublikalarında da olub.

İnquşetiya, Çeçenistan və Dağıstan əraizlərindən Gürcüstan sərhədd xüsusi olaraq mühafizə edilib. Bununla bağlı olaraq Okruaşvilinin planları dəyişib.

"Okruaşvilinin Gürcüstana giriş üçün başqa yolu olmayıb. Bir neçə belə cəhdə baxmayaraq o, ölkəyə daxil ola bilməyib", deyə mənbə bildirib.

Qeyd edək ki, ötən gün "Qruziya Online" "EkspressNyus"a istinadən keçmiş nazirin Soçidə göründüyü barədə məlumat yaymışdı.

İrakli Okruaşvilinin yeri haqqında son zamanlar müxtəlif informasiyalar yayılıb. "Aliya" qəzeti onun Sixinvalidə, Acarıstanın keçmiş rəhbəri Aslan Abaşidze və onun yaxın generalı olan Dumbadze ilə birlikdə olduğunu yazmışdı. "Rezonansi" qəzeti onun Türkiyədə, özü isə İsveçrədə olduğunu bildirirdi.

Keçmiş nazirin "Gürcüstan partiyası"ndan olan tərəfdarları bu gün Tiflisdə brifinq keçiriblər. Onlar Okruaşvilinin Gürcüstana qayıtmaq planlarının təxirə salındığını elan ediblər. Partiya həmçinin prezident iqamətgahı qarşısında da etiraz aksiyası keçirməkdən imtina edib. Buna səbəb olaraq isə "Gürcüstan Partiyası"nın Nino Burcanadze ilə iki gün davam edən danışıqlarında bəzi məsələlər üzrə razılığın əldə edilməməsi olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar