“Okelendi tut” hərəkatının fəallarını gözyaşardıcı qazla dağıdıblar.
29 Yanvar 2012 Bazar 10:10
Yanvarın 28-də Amerikanın Kaliforniya ştatındakı Oklend şəhərində polislə “Okelendi tut” hərəkatının fəalları arasında toqquşma baş verib.
. ANS PRESS-in “SNN”ə istinadən verdiyi məlumata görə, hadisədə 19 nəfər həbs olunub. Nümayişçilər daş və metal borularla silahlanıb, həmçinin əllərində "Molotov kokteylləri" atıblar.

Nümayişçilər isə iddia edir ki, polis onlara rezin güllələrdən atəş açıb. Hakimiyyət isə bildirir ki, etirazçıların dağıdılması zamanı yalnız gözyaşardıcı qazdan və tüstü paketlərindən istifadə edilib. Polislərin sözlərinə görə, 3 zabit yaralanıb.

Qeyd edək ki, toqquşma fəalların yeni tikilən çoxmərtəbəli binanı ələ keçirmək niyyətilə bağlı baş verib. 500 nəfərdən ibarət hərəkat üzvləri binanı əla keçirərək, öz mənzil qərərgahlarına çevirmək istəyiblər.

Bu, 2011-ci ilin sentyabr ayında Nyu-Yorkda başlanmış “Uoll-striti tut” hərəkatının davamıdır. Kapitalizm quruluşuna etiraz ilə bağlı keçirilən bu hərəkat artıq Amerikanın onlarla şəhərinə yayılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar