Okeanın o tayından yunanlara mesaj göndərildi
20 May 2012 Bazar 18:13
G8 liderləri Yunanıstanın öz öhdəliklərinə əməl etməsini tələb edir.
NATO-nun Çikaqo sammitindən əvvəl dünya liderləri Amerika prezidentinin Vaşinqton yaxınlığındakı Kemp Devid iqamətgahında bir araya gəlib. Liderlər Yunanıstanın borc böranından tutmuş, İranın nüvə proqramınadək dünyanın ən aktual problemlərini müzakirə edib. “Böyük səkkizlik” liderləri rəsmi bəyanatda Yunanıstanın avro məkanında qalmasını arzuladıqlarını və ölkənin öz öhdəliklərinə əməl etməli olduğunu ifadə edib.
İranın nüvə proqramı ilə bağlı narahatlıqlarla gəldikdə isə Barak Obama deyib ki, “G8” İrana qarşı sanksiyalar və təzyiqlərin, eyni zamanda diplomatik müzakirələrin davam etdirilməsini istəyir.
DOSTLARINLA PAYLAŞ: