Okeanın o tayından qorxulu bəyanat gəldi
29 İyul 2012 Bazar 16:36
Prezident seçkilərində respublikaçılar qalib gəlsə, Ağ ev İsrailin İrana zərbə endirmək qərarını dəstəkləyəcək.
Respublikaçıların prezidentliyə namizədi olan Mitta Romninin müşaviri Den Senor sərt bəyanatla çıxış edib. ANS PRESS-in “Reuters”a istinadən verdiyi məlumata görə, o bildirib ki, prezident seçkilərində respublikaçılar qalib gəlsə, Ağ ev İsrailin İrana zərbə endirmək qərarını dəstəkləyəcək.

Den Senorun sözlərinə görə, əgər İsrail İranın nüvə silahı əldə etmək planına əngəl olmaq üçün güc tətbiqinə məcbur olsa, Romni bu qərara hörmətlə yanaşacaq. Bununla yanaşı respublikaçı namizədin müşaviri Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatlarda bilavasitə iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar