Okeanın o tayından İordaniyaya kömək gəlir
13 Yanvar 2011 Cümə Axşamı 18:30
Birləşmiş Ştatlar Əmmana 100 milyon dollar ayırıb.
ABŞ hökuməti İordaniyaya 100 milyon dollar həcmində yardım ayırıb. Bu məbləğ iqtisadi yardım qismində təqdim edilir. Bununla da 2010-cu ilin maliyyə ili və yeni mükafat da daxil olmaqla, Birləşmiş Ştatların Əmmana ayırdığı maliyyə yardımı 463 milyon dollar təşkil etmiş olur.
Belə bir qərarın qəbul edilməsinə səbəb isə ölkədə əsasən yanacaq və qida məhsullarının bahalaşmasıdır ki, bu da əhalinin yoxsul təbəqəsinə mənfi təsir edir.
ABŞ-ın İrodaniyadakı səfirliyinin verdiyi məlumatda bildirilir ki, bu məbləğ ticarət, investisiya, yeni iş yerlərinin yaradılması, səhiyyə və təhsilə yönəldiləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: