Ohanyan Həsən Həsənovdan danışdı
17 İyul 2014 Cümə Axşamı 15:05
Erməni nazir girov azərbaycanlının sağ olduğuna işarə edib.
Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün hökumət iclasında işğal etdikləri Kəlbəcər rayonu ərazisində tutduqları azərbaycanlılardan danışıb.

ANS PRESS-in məlumatına görə, o, çıxışında rayon ərazisində tutulmuş azərbaycanlı Həsən Həsənovun sağ olmasına işarə vurub. Erməni nazir bildirib ki, Ermənistanın milli təhlükəsizlik xidməti əməliyyat keçirib və hər üç azərbaycanlını həbs edib.

Hökumət qarşısında hesabat verən Seyran Ohanyanın onlardan hər hansının öldürülməsini bildirməyib.

Bundan əvvəl isə erməni mətbuatı Həsən Həsənovun öldürüldüyünü, Dilqəm Əsgərov və Şahbaz Quliyevin isə tutulduğunu bildirmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar