Oğurluq zamanı tutulan şəxslərə yerindəcə atəş açılacaq
20 May 2010 Cümə Axşamı 18:20
Tayland küçələrində hələ də iğtişaşlar davam edir.
Taylandın paytaxtı Banqkokda toqquşmalarla müşayiət olunan nümayişlər başa çatsa da, gərginlik hələ də qalmaqdadır. Rəsmi məlumatlara görə, paytaxt Bankqoqda müxalifətə məxsus silah anbarı aşkar edilib. Anbarda xeyli sayda partlayıcı qurğu, silah-sursat, avtomat tapılaraq müsadirə edilib.

Hazırda 700-dən çox müxalifətçi polislər tərəfindən nəzarətdə olan qərargahda saxlanılır. Lakin xeyli sayda etirazçının hələ də paytaxt küçələrində iğtişaşlar törətdiyi bildirilir. Onlar əsasən mülki obyektlərə hücümlar təşkil edərək onları yandırırlar. Mağazalarda da oğurluq halları artıb. Rəsmilər mağazalarda oğurluq zamanı tutulan şəxslərə yerindəcə atəş açılacağı barədə xəbərdarlıq ediblər. Hücuma məruz qalan 27 bina arasında London Fond Birjası, iri ticarət kompleksi, bank filialları, kinoteatr və şəhərin əsas elektrik binası var.

Hərbçilər nümayişçilərin düşərgəsindən qadınlar və uşaqların evaukasiyasına başlayıblar. Hakimiyyət nümayəndələri hökumət əleyhinə təşkil olunan bu ixtişaşların terrorçular tərəfindən təşkil olunduğunu iddia edirlər. Taylandda yaranmış vəziyyətlə bağlı olaraq bir çox ölkələr vətəndaşlarını Banqkoka səfər etməməməyə çağırıblar. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar