20 yaşlı şəxs uşaq jurnalları və flamaster götürmək istəyirmiş.
Rusiyanın Sverdlovsk vilayətində polislər qəzet köşkünün pəncərəsində ilişib qalan oğrunu tutublar. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, oğru qəzet köşkünə oğurluq etmək üçün giribmiş.
Belə bir kuryoz oğurluq vilayətin Asbest şəhərində baş verib. 20 yaşlı oğru qəzet köşkünə uşaq rənqləmə jurnalları və flamaster oğurlamaq üçün giribmiş. İndi onu 5 il müddətinə azadlıqdan məhrumetmə gözləyir.
Qeyd edək ki, polislərə oğrunu tutmağa yaxınlıqda yerləşən binanın gözətçisi kömək edib. Həmin vaxt gözətçi köşkə qəzet almaq üçün gəlibmiş. Oğrunu görən gözətçi dərhal polisə zəng edib.