Oğru hökumətdən təzminat alacaq
08 Oktyabr 2009 Cümə Axşamı 20:30
Kaliforniya şəhər hökuməti polis tərəfindən yaralanan quldura 1,2 milyon dollar ödəyəcək
Kaliforniya şəhər hökuməti polis tərəfindən yaralanaraq iflic olan oğruya 1,2 milyon dollar məbləğində təzminat ödəyəcək. Müvafiq qərar Oklend şəhər şurasının qapalı iclasında qəbul olunub.
Qeyd edək ki, Çarlz Deyvis 2007-ci ildə Koinonia Apostolic Church kilsəsində oğurluq etməyə cəhd edərkən yaralanıb. 49 yaşlı Deyvis silahlı olmayıb. Lakin polis əməkdaşı Ektor Çaves oğrunun əlində olan oğurluq əşyanı pistolet bilərək, atəş açmaq qərarına gəlib.
Deyvisin vəkili bildirib ki, təzminat bədəninin aşağı hissəsi iflic olan müştərisinin əsas ehtiyaclarına sərf olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: