Oğru çaşdı, başına iş açıb qaçdı
27 İyul 2012 Cümə 15:29
Rusiyanın Sankt Peterburq şəhərində uğursuz oğurluq hadisəsi törədilib.
Rusiyanın Sankt Peterburq şəhərində uğursuz oğurluq hadisəsi törədilib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, həyəcanlanan oğru cinayət yerində öz pasportunun sürətini unudub.

Şəhərdəki ofislərdən birinə girən adı açıqlanmayan qarətçi menecerlərdən birinin radio telefonunu aparıb. Telefonun qiyməti 14 min rubl olub.

Lakin oğrunun qarət üçün girdiyi ofisi tez-tələsik tərk etmək istəyi ona baha başa gəlib. Ayağı burxulub yıxılan oğru həm oğurladığı telefonu, həm də pasportunun sürətini hadisə yerində qoyaraq qaçıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar