Oğlu vasitəsilə terroru təbliğ edən ana həbs olundu
20 Sentyabr 2013 Cümə 22:22
Fransalı müsəlman qadın oğlunun köynəyinə teroru təbliğ edən yazılar yazdırdığı üçün şərti cəza aldı.
Fransa baş prokurorluğu terrorun təbliğində övladından istifadə edən anaya qarşı sərt ittihamıar səsləndirib.

ANS PRESS-in Vesti.ru-ya istinadən verdiyi xəbərə görə, Buşra Baqur adlı müsəlman qadın kiçik oğluna terroru təbliğ edən "Mən bombayam" və "11 sentyabrda doğulmuş" yazılı köynəyi geyindirdiyi üçün istintaqa cəlb olunub.

Fransa məhkəməsi belə versiya irəli sürüb ki, qadın oğlu vasitəsi ilə insanları terrora təhrik edir. Bu ittihamlara etiraz edən Büşra Baqu, bu yazılarda təəccüblü heç nə olmadığını bildirib. Oğlunun 11 sentyabrda doğulduğunu deyən ana məhkəmədə hakimləri inandırmağa çalışıb ki, köynəyi geyindirməklə, oğlunun doğum gününü qeyd etmək istəyib.

Anna iddia edib ki,köynəkdə yazılanların 11 sentyabr 2001-ci ildə törədilən terror aktı ilə heç bir əlaqəsi yoxdur.

Məhkəmənin qərarı ilə Buşra Baqur iki aylıq şərti cəzaya və iki min avro dəyərində cərimə verməyə məhkum olunub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar