Ofisiant baş naziri tanımadı
02 Avqust 2011 Çərşənbə Axşamı 11:39
İtalyan qız Böyük Britaniyanın baş nazirinə xidmət göstərməkdən imtina edib
1 dəqiqə içərisində necə məşhurlaşmaq olar? Məsələn, Böyük Britaniyanın baş naziri Devid Kamerona və xanımına qəhvə verməkdən imtina edərək. İtaliyanın Toskana şəhərində kafelərdən birinin işçisi olan qız Dumanlı Albionun ən nüfuzlu şəxslərindən birini tanımayaraq belə edib. Ofisiant qız kappuçino istəyən baş nazirə "kafedə özünəxidmət sisteminin olduğunu" deyib.
"Xidmət necədisə, bəxşiş də elə olacaq" deyən Devid Kameron isə qalıq pulu son qəpiyinədək piştaxtadan götürüb. İndi bütün İtaliya bu ofisiant qızdan danışır. O isə Devid Kameronu bir daha kafeyə dəvət edərək, günahını yuyacağına söz verib
DOSTLARINLA PAYLAŞ: