Odessa yəhudiləri köçə hazırlaşır
05 May 2014 Bazar Ertəsi 22:45
Şəhərdə zorakılıq davam edərsə, yəhudilərin, ilk növbədə uşaqların başqa ölkəyə çıxarılması üzrə addımlar atılacaq.
Odessanın yəhudiləri şəhərdən köçə hazırlaşırlar.
ANS PRESS-in məlumatına görə, bu barədə şəhərin yəhudi icmasının liderləri bildiriblər.
"Hesed Tikva" (Ümid) xeyriyyət fondunun Odessa bölməsinin baş direktoru, ravvin Refael Kruskalın sözlərinə görə, keçən bazar günü Böyük Xoral sinaqoqu bağlanıb, icma üzvlərinə isə telefon ismarışı göndərilib ki, lazım olmasa küçəyə çıxmasınlar.
Kruskal bildirib ki, keçən cümə baş vermiş toqquşmalarda bir neçə yəhudi zərər çəkib.
İcma liderləri bildirib ki, şəhərdəki toqquşmalar birbaşa yəhudilərin əleyhinə yönəlməsə də, şəhərdə zorakılıq davam edərsə, yəhudilərin, ilk növbədə uşaqların başqa ölkəyə çıxarılması üzrə addımlar atılacaq.
DOSTLARINLA PAYLAŞ: