Öcalanın yaxın adamı Lütfü Taş öldü
31 Dekabr 2014 Çərşənbə 23:08
Lütfü Taş həbsxanada keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.
PKK lideri Abdullah Öcalanın çağırışı ilə Türkiyəyə gələn və 2010-cü ildə 14 il həbs cəzası verilən 62 yaşlı Lütfü Taş həbsxanada ölüb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Lütfü Taş Diyarbakır D Tipi Qapalı Həbsxanasında keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.

Onun cəsədi İstanbulda yaşayan ailəsinə göndərilib. .

Türkiyə səlahiyyətlilərinin verdiyi açıqlamada isə deyilir ki, Lütfü Taş xəstəxanaya çatdırılsa da ionun həyatını xilas etmək mümkün olmayıb.

Lütfü Taş Öcalan həbsə alınana qədər PKK terror təşkilatında əsas söz sahiblərindən biri olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar